Əlilliyi olan işçilərin təminatları
Əvvəla bildirək ki, Azərbaycan Respublikası Konstitusiyasına görə hər kəs qanunla bərabər hüquqlara malikdir. Bu baxımdan da əlilliyi olan şəxslər üçün hər hansı məhdudiyyətlərin nəzərdə tutulması qanunvericiliklə qadağan edilmişdir.
Bu mövzu çərçivəsində əlilliyi olan işçilərə verilən təminatlardan bəhs edəcəyik.
1) Əvvəla Vergi Məcəlləsinin 102.2-ci madddəsinə görə müharibə əlillərinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Məcəllənin 102.3-cü maddəsinə görə isə I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Misal, şəxsin əmək haqqı (hesablanmış, gross) 600 AZN-dirsə, onun əlilliyinin dərəcəsinə görə gəlir vergisi 600 AZN-dən deyil, 600-200=400 və ya 600-400=200-dən hesablanacaq.
2) Əmək Məcəlləsinin 66-cı maddəsinə görə vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər attestasiya olunmayan işçilər sayılır.
Məcəllənin 79.1-ci maddəsinə görə öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin işəgötürən tərəfindən müəssisə ləğvi və ya müqavilə müddətinin bitməsi istisna olmaqla müqaviləsinə xitam verilməsi qadağandır.
Məcəllənin 91.2-ci maddəsinə görə 1-ci və 2-ci qrup əlil olan işçilər üçün qısaldılmış iş həftəsinin müddəti 36 saatdan artıq ola bilməz.
Məcəllənin 98.2-ci maddəsinə görə Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.
Məcəllənin 119.2-ci maddəsinə görə Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.