11 aprel 2018-ci il Prezident seçkiləri
Bu gün ölkə başçısının elan etdiyi növbədənkənar seçkilərin müddətinin 11 aprel olaraq seçilməsi ilə əlaqədar seçkilərlə bağlı bilinməsi gərəkənləri diqqətinizə çatdırırıq.
- Səsvermə günü qeyri-iş günü sayılır.
- Səsvermə günündən bir gün əvvəlki iş günü 1 saat qısaldılmış iş günü tətbiq edilir.
- Prezidentin səlahiyyət müddəti ilk dəfə olaraq bu ildən 7 il müddətinə müəyyən ediləcəkdir.
- Seçkilərdə səsvermə hüququ olan, yəni 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları sərbəst, şəxsi və gizli səsvermə hüququndan istifadə edə bilərlər.
- Prezident seçkilərinə görə ölkə prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.
- Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi rəsmən elan edir.
- Prezident seçkiləri zamanı seçici seçki bülletenində səs verəcəyi prezidentliyə namizədin soyadından sağdakı kvadratda işarə qoyur.
- Birdən çox boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.
- Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
- Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.
Seçkilər ölkəmiz və millətimiz üçün xeyirli və uğurlu olsun inşaALLAH.