Əmlak sığortasının 2020-ci ili yoxsa mif??

2020-ci il gələnədək əhalinin məlumatsızlığından istifadə etməklə bəzi şəxslər adi kağızlarda düzgün əsaslandırması belə verilə bilməyən yazıların bölüşülməsi ilə məşğul olmaqdadır. Belə ki, əhali arasında narahatlıq yaratmaq üçün yaşayış evləri və mənzillərin icbari sığortasının olmaması halında cərimə ediləcəyi barədə məlumatlar bölüşülməkdədir.
Bəs əslində 2020-ci il mifi nədir?
2011-ci ildən tətbiq edilən "İcbari sığortalar haqqında" Qanunun 37-ci maddəsinə görə mülkiyyətində daşınmaz əmlak olan və ya bu əmlaka faktiki sahibliyi həyata keçirən şəxslər əmlakını icbari qaydada sığorta etdirməlidir. Buradan isə belə bir sual yaranır.
Bütün əmlaklar 2011-ci ildən sığortalıdır mı? Göründüyü kimi hazırda bu sığorta növünün tətbiqi ilə bağlı tədbirlər həyata keçirilsə də, heç də bütün əmlakların mülkiyyətçiləri məlum deyil. Bütün əmlak mülkiyyətçiləri ilə bağlı vahid sistem mövcud deyil. Ona görə ki, dövlət reyestrində qeydiyyatdan keçməyən əmlakların nəinki mülkiyyətçiləri, o cümlədən həmin əmlakların sığortaları barədə də vahid toplu yoxdur. Eyni zamanda adıçəkilən qanunun tətbiqi üçün bütün əmlakların sığortasının olub-olmadığını yoxlamağa imkan verən informasiya sistemi də qurulmalıdır. 

Bununla yanaşı 29.12.2015-ci il tarixli İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində deyilir ki, üzərinə sığorta etdirmək vəzifəsi qoyulmuş şəxslərin bu vəzifəni icra etməməsi halında fiziki şəxslər 30 manat cərimə ediləcək. Bu cərimə 20 gün qüvvədədir. 20 gün ərzində sığorta olunma aparılmasa bu iş üzrə şəxs yenidən cərimə ediləcək. Əvvəlki məcəlləyə görə isə bu cərimə 10 manat təşkil edirdi.
Qeyd edək ki, yaşayış evləri və mənzillərə münasibətdə cərimə tətbiq etmək səlahiyyəti yerli icra hakimiyyəti orqanlarına məxsusdur. Həmin qurum isə əvvəla mülkiyyətçiləri və ya faktiki əmlak sahiblərini müəyyən etməli, həmçinin əmlakın sığortalı olub-olmadığını yoxlaya bilmək imkanına malik olmalıdır.
Hansı əmlak sığortalana bilməz?
Qəzalı vəziyyətdə olan, tikintisi başa çatmayan, qanunsuz tikinti statusu olan, sökülməsi barədə qərar qəbul edilmiş daşınmaz əmlakların icbari sığorta etdirilməsi qeyri-mümkündür.
Bəzi hallarda şəxsin mütləq konkret şirkətdə sığorta etdirməyə məcbur edilməməsi üçün qanunverici əmlak sahibinə hüquq verir ki, sığorta şirkətini özü seçsin.
Eyni zamanda nəzərə almaq lazımdır ki, sığorta etdirmək fiziki şəxsləri əmlaka təminat verilmiş hallarda dəyən zərərdən qoruyur. Sığorta etdirmək üçün məqsədəuyğundur ki, inandığınız şirkətə müraciət edəsiniz. Hər hansı şayiələrə inanmazdan öncə blog.da müraciət bölməsindən bizə yaza bilərsiniz.