Posts

Showing posts from June, 2018

Müraciətə nə vaxt baxılmalıdır? (müraciətlər, baxılma qaydası, müddətlər) Hissəli yazı

Image
Gündəlik həyatda ən çox başverən hallardan biri də hansısa xidmətlə əlaqədar müəyyən idarə, müəssisə və ya təşkilata edilən müraciətlərdir. Mövzu çərçivəsində əvvəla müraciətlərin növləri barədə öyrənmək yerinə düşərdi. Bu mövzunun izahı zamanı başlıca olaraq "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası qanununa və müvafiq olaraq digər qanunvericilik aktlarından istifadə olunacaqdır.
I hissə. Hansı müəssisələr üçün müraciətlərə baxılma qaydası adıçəkilən qanunla tənzimlənir? Mövzu ilə əlaqədar olaraq xatırladaq ki, qanun vətəndaşların - dövlət orqanlarına, bələdiyyələrə, dövlət və ya bələdiyyə məxsus nəzarət zərfinə malik hüquqi şəxslərə, büdcə təşkilatlarına, - ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə, yəni publik hüquqi şəxslər, sığorta şirkətləri, banklar, ictimai birlik, fond, dini qurum, kredit təşkilatları, investisiya fondları, özəl (qeyri-dövlət) sosial fondlar, qiymətli kağızlar bazarında fəaliyyət göstərən hüquqi şəxslər, po…

Hərbi vəziyyət rejimi ilə bağlı yeni dəyişikliklər

Image
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklər ediməsini nəzərdə tutan müvafiq dəyişikliklərə əsasən bir sıra yeni məsuliyyət tədbirləri müəyyən edilmişdir.
Mövzuya keçməzdən əvvəl qeyd edə bilərik ki, "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası qanununa əsasən hərbi vəziyyət yalnız aşağıdakı hallarda tətbiq edilir.
- Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə;
- xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə;
- Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda;
- Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda.
Qanuna görə hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin iclası keçir…

Ezamiyyə xərclərinin normaları barədə

Image
01 iyul 2018-ci il tarixdən etibarən qüvvəyə minəcək ezamiyyət xərclərinin yeni məbləği barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat (65 AZN-dən), Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat (50 AZN-dən), respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat (45 AZN-dən) müəyyən edilib. Yeni dəyişikliklərə görə daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün verilən əlavə vəsaitin məbləği 15 AZN (10 AZN-dən) müəyyən edilib. Mövzu ilə əlaqədar bildirək ki, bu məbləğlər tək dövlət qurumlarında tətbiq edilmir. Belə ki, Nazirlər Kabinetinin müvafiq xərclərlə bağlı normaları "İşçilərin ezamiyyə qaydaları" …

Dəymiş zərəri kim müəyyən etməlidir? (sığorta münasibətləri)

Image
Sığorta münasibətlərinin başlıca mübahisələrindən biri də dəymiş zərərin kimin tərəfindən qiymətləndirilməsi ilə bağlıdır. Belə ki, əksər hallarda zərər çəkən, zərər vuran və sığortaçı tərəfindən hesablanan zərər məbləğləri arasında əhəmiyyətli fərqlər müşahidə edilir. Bəs bunun hüquqi qaydada tənzimlənməsi necə həyata keçirilmişdir? Mülki Məcəllənin925.1-ci maddəsinə görə dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Məcəlləyə görə sığortaçı zərəri müxtəlif üsullarla (sxem tərtib etmək, foto çəkməklə və s) ya öz əməkdaşı, ya da müstəqil ekspert vasitəsilə həyata keçirməlidir.



Əksər münasibətlərin araşdırılması zamanı məlum olur ki, hadisə zamanı sığortaçı dəymiş zərəri qiymətləndirsə də, bu zərər məbləği ilə bağlı zərərçəkmiş başqa fikirdə olur və narazılıq yaranır. Belə olduğu təqdirdə də hüquqi tənzimlənmə həyata keçirilmişd…

Hər bir işçi bunları mütləq bilməlidir (hissəli yazı və izahlar)

Image
Bu yazımızda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün az bilinən bəzi məsələləri silsilə yazı şəklində təqdim edəcəyik.
Mövzu çərçivəsində daha çox insanın xəbərdar olması üçün blogumuzu dost-tanışa məsləhət görə bilərsiniz. Amma elə edin ki, bundan müəssisənin xəbəri olmasın. =)
1) Heç bir işəgötürən işçiyə qadağan edilməyən əlavə fəaliyyətlə məşğul olub əlavə qazanc əldə etməsinə məhdudiyyət qoya bilməz. (İstinad Əmək Məcəlləsi maddə 9c)
2) İşçinin hansısa ünvanda (misal Bakı şəhərində) qeydiyyatda olmamasına görə əmək müqaviləsinin bağlanmasından imtina etmək qadağan edilir.(maddə 48.2)
3) Əmək müqaviləsində sınaq müddəti barədə qeyd yoxdursa, sınaq müddəti barədə heç bir norma tətbiq edilmir.(maddə 51.3)


4) İşdən azad olmaq barədə ərizə verilibsə və 1 ay (xəbərdarlıq müddəti) tamam olmadan həmin ərizə geri götürülə və işə yenidən davam edilə bilər. Bir şərtlə ki, həmin vəzifəyə başqa işçi götürülmüş yaxud işçiyə bu barəd…

Mühasiblərin asan olmayan işi çətinləşdi

Image
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası qanununa dəyişiklikləri ehtiva edən yeni 01.06.2018-ci il tarixli qanunla işi heç də asan olmayan mühasiblərin indi də peşəkar mühasib adı qazanmaq üçün mübarizə aparmaları lazım olacaq.
Yeni dəyişikliklər sırasında nəzərə çarpacaq olanları diqqətinizə çatdırırıq.
- büdcədənkənar dövlət fondları tərəfindən onların səlahiyyətləri daxilində işlənib hazırlanmış mühasibat uçotu ilə əlaqədar bütün normativ hüquqi aktlar, habelə, tövsiyə xarakteri daşıyan sənədlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq, təsdiq edildikdən sonra tətbiq edilə bilməsi ləğv edildi. - yeni dəyişikliklərə əsasən qanunda göstərilən istisnalardan başqayalnız icra hakimiyyəti orqanlarıtərəfindən onların səlahiyyətləri daxilində işlənib hazırlanmış mühasibat uçotu ilə əlaqədar bütün normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq təsdiq edildikdən sonra tətbiq edilə biləcək.- Qanunda verilmiş əvvəlki anlayışlar yeni…