Posts

Showing posts from March, 2018

Yeni işə başlayan işçi nələri bilməlidir?

Image
Əmək bazarının daim təkmilləşməsi və dinamikliyi insanların mütəmadi olaraq iş yerlərini dəyişməsi ilə nəticələnir. Bir işçinin iş yerini dəyişməsi əlbəttə ki, heç də asan olmayan bir proses olmaqla yanaşı həm də müəyyən tərəddüdlərlə dolu bir mərhələdir.
Mövzu çərçivəsində onu da qeyd etmək mümkündür ki, işçinin yeni bir iş yerində işə başlaması onun yeni mühitə uyğunlaşması ilə yanaşı müəyyən məhrumiyyətlərlə də qarşılaşmasına səbəb ola bilir.
Bu səbəbdən də bu yazıda işçinin yeni bir iş yerində aşağıda qeyd edilənləri mütləq bilməsi zəruridir.
1) İşçi ilə əmək müqaviləsi bağlanarkən ondan şəxsiyyət vəsiqəsi, sosial sığorta şəhadətnaməsi (ilk dəfə işə başlayanlardan bu tələb edilmir), əmək kitabçası, fəaliyyəti sağlamlığı baxımından nəzərə alınmalı iş yerlərində tibbi arayış və təhsili barədə sənəddən başqa digər aidiyyatı olmayan sənədlər tələb edilə bilməz.
2) İşçi ilə bağlanmış müqavilədə mütləq hansı müddətə və ya müddətsiz bağlanması, işçinin əmək şəraiti (peşə, ixtisası, əmək…

Ixtisar olunan işçi bunları mütləq bilməlidir

Image
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işəgötürən tərəfindən işçilərin sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar işçi ilə bağlanmış müqaviləyə xitam verilə bilər. Bəs bu halla qarşılaşan işçi nələri bilməlidir? Əvvəla qeyd edək ki, Əmək Məcəlləsinə edilmiş yeni dəyişikliklərin 01 yanvar 2018-ci ildən etibarən qüvvəyə minməsi ilə əlaqədar işçilərin sırf yeni qanunvericilik baxımından bilməsi zəruri olan məsələlər aşağıdakılardan ibarətdir: 1) İşçi müqaviləyə xitam verilməzdən əvvəl qanunvericiliklə müəyyən edilmiş müddətlərdə, həmin iş yerindəki stajı nəzərə alınmaqla yazılı qaydada bildirişlə xəbərdar edilməlidir. Belə ki, işçinin həmin iş yerində 1 ilədək stajı olduqda azı 2 həftə 1 ildən 5 ilədək stajı olduqda azı 4 həftə, 5 ildən 10 ilədək stajı olduqda azı 6 həftə, 10 ildən artıq stajı olduqda isə azı 9 həftə əvvəlcədən bildirişlə bu ixtisarla bağlı xəbərdar edilməlidir. 2) Xəbərdarlıq müddəti ərzində işçiyə hər iş həftə…

Dövlət bugünədək hansı borcları bağışlamışdır?

Image
06 mart 2018-ci il tarixli "Məcburi dövlət sosial sığortası sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikası qanununun 01.04.2018-ci il tarixdən qüvvəyə minməsi ilə Azərbaycan dövləti tərəfindən daha bir mütərəqqi addım atılmış və əsas olaraq sahibkarların vəziyyətini yaxşılaşdıran islahatlar həyata keçirilmişdir. Bu hissədə xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 15.2-ci maddəsinə əsasən dövlət iqtisadiyyatın inkişafına şərait yaradır və azad sahibkarlığa təminat verir. Bu kimi qanunlar isə sırf konstitusion normalardan irəli gəlir. Mövzuya keçməzdən bildirək ki, adıçəkilən qanunun tətbiqi nəticəsində "Sosial sığorta haqqında" qanuna əsasən məcburi dövlət sosial sığorta haqqı ödəmək öhdəliyi olan şəxslər (işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s) tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 01.01.2006-cı il tarixdən 01.04.2018-ci il tarixinədək ödənilməmiş sığorta haqları tam məbləğdə silin…

İntizam məsuliyyətinə cəlb edilən işçi nələri bilməlidir?

Image
Töhmət və ya mükafat almaq əmək fəaliyyəti dövründə işçinin qarşılaşa biləcəyi hallar hesab olunur. Mövzu çərçivəsində barəsində intizam məsuliyyəti tətbiq edilən işçinin hansı hüquqlarının olduğunu öyrənməzdən əvvəl intizam məsuliyyətinin tətbiq edilməsi ilə əlaqədar başlıca məsələləri aydınlaşdırmaq zəruridir.
Mövcud qanunvericiliyə görə işçi Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilir.İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər.Tətbiq edilməsi nəzərdə tutulan intizam tənbehlərinə töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, kollektiv müqavilələrdə nəzərdə tutulmuş…

18 yaşına çatmayan işçilərin az bilinən hüquqları

Image
Mövzuya keçməzdən əvvəl bildirmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyası və Əmək Məcəlləsinə əsasən 15 yaşı olan hər bir fərd əmək qabiliyyətli hesab olunur və onların əmək fəaliyyətinə cəlb olunmasına icazə verilir.
Bəs 15 yaşına çatmayanlar?
İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000-1500 manatadək məbləğdə, hüquqi şəxslər isə 3000-5000 manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi qanunvericilik bu hissədə çox dəqiqdir.
Mövzu ilə əlaqədar ətraflı şəkildə 18 yaşı tamam olmayan işçilərin bilinməyən və ya az bilinən, lakin mütləq bilinməsi gərəkən hüquqlarını izah etməyə çalışacağıq.

Əvvəla bildirək ki, əksər müəssisələrin əmək müqaviləsində başlıca qeyd etdiyi sınaq müddəti şərti 18 yaşına çatmayan işçilərə aid edilmir.
Həmçinin yaşı 18-dən az olan işçilər işəgötürən tərəfindən attestasiya da oluna bilməzlər.
18 yaşına çatmayan işçilərin digər başlıca hüquqları aşağıdakı kimidir:
- 16 yaşınadək işçilər üçün həftəlik 24 s…

işsizlikdən sığorta ödənişi, kimlərə şamil edilir və məbləği necə müəyyən edilir?

Image
XÜLASƏ 01 yanvar 2018-ci il tarixdən “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi, əmək haqları üzrə işçinin hesablanmış əmək haqqından və işəgötürənin əmək haqqı fondundan ayrı-ayrılıqda 0.5% işsizlikdən sığorta haqqının tutulmağa başlanması, İşsizlikdən sığorta fondunun büdcəsinin 2018-ci il üçün 89.040.000 AZN müəyyən edilməsi kimi addımlardan sonra bu qanunun kimlərə şamil olunacağı, kimlərin sığorta ödənişi ala biləcəyi və sığorta ödənişinin məbləği hər kəs üçün maraqlıdır.
AÇAR  SÖZLƏR İşsizlikdən sığorta, Nə qədər sığorta ödənişi olacaq?, İşsizlikdən sığorta ödənişi almaq?

ƏSAS HİSSƏ 01 yanvar 2018-ci ildən etibarən artıq ilk dəfə olaraq Azərbaycan Respublikasında müəyyən kateqoriya şəxslər işsizlikdən sığorta ödənişi alaraq işsiz qalacaqları dövrü kompensasiya etmiş olacaqlar. Yeni qanuna görə yalnız aşağıda göstərilən iki kateqoriya şəxslər işsizlikdən sığorta ödənişi almaq hüququna malik olacaqlar. 1)dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi 2)işçilərin sayı və y…

İş vaxtından artıq iş nədir, necə ödənilməlidir?

Image
Əksər müəssisələrdə gündəlik normada müəyyən edilmiş iş vaxtından artıq işə cəlb edilmə bəzən istehsalat zərurəti ilə əlaqədar meydana çıxa bilir. Bu kimi hallarda isə işçilər öz hüquqlarından bixəbər olduqlarından onlara əlavələrin ödənilməsini tələb edə bilmir. Bəs nədir bu iş vaxtından artıq iş? Qanunvericiliyə görə iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.Misal: A adlı işçinin gündəlik 8 saatdan artıq müddət ərzində işə cəlb edilməsi iş vaxtından artıq iş sayılır.Anlayış barədə məlumat əldə etdikdən sonra isə hansı hallarda iş vaxtından artıq işə cəlb edilmənin mümkün olduğunu öyrənmək yerinə düşərdi.Bu barədə danışmazdan əvvəl xatırlatmaq lazımdır ki, əmək şəraiti ağır və zərərli olan sahələrdə (bu sahələr Nazirlər Kabinetinin qərarı ilə konkret olaraq müəyyən edilmişdir) bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 …

Kim rəhbər şəxs hesab olunur? (bank, bokt və sığorta şirkətləri üzrə təhlil)

Image
Azərbaycan Respublikası qanunvericiliyinə əsasən müxtəlif fəaliyyət növləri üzrə fərdi qanunvericilik aktları ilə hər bir sahəyə xas anlayışlardan istifadə olunmaqdadır. Bu anlayışlardan biri də rəhbər şəxs anlayışıdır. Belə ki, bəzi fəaliyyət növləri üzrə rəhbər şəxs, bəziləri üzrə inzibatçı, digərləri üzrə isə vəzifəli şəxs anlayışlarından istifadə olunur. Son vaxtlar mütəmadi olaraq şirkətlərin sırf rəhbər vəzifə tutan işçilərinin yerdəyişmə hallarının şahidi oluruq. Bu hal bir mənada maraqlı qarşılansa da, bəzi əməkdaşlar üçün müəyyən sualların yaranmasına səbəb olur.

Qarşılaşdığımız belə suallardan biri də rəhbər şəxs olmaq üçün hansı kriteriyalara cavab verməyin vacibliyi barədədir.
Bu yazı çərçivəsində həm kommersiya fəaliyyəti göstərən şirkətlərin ümumi rəhbərliyini, həm də bank, sığorta və bokt fəaliyyəti göstərən müəssisələrdə rəhbər şəxslərin dairəsini və bu şəxslərə olan tələbləri araşdıracağıq.
Mövzu çərçivəsində qeyd etmək lazımdır ki, fəaliyyətləri daha geniş olan Məhdud Mə…