Posts

Showing posts from October, 2018

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (suallar-cavablar)

Image
"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası" haqqında qanunun tətbiqi ilə bağlı meydana çıxan əksər sualların bir yazıda cavablandırılmasını təmin etmək qərarına gəldiyimiz üçün bu yazını diqqətinizə çatdırırıq.
Mövzuya keçməzdən xatırladaq ki, qanun 1997-ci il 20 may tarixlidir. Qanun hərbi qulluqçuların hərbi xidmət dövründə aldıqları xəsarət (travma, kontuziya) ilə əlaqədar sağlamlıqlarına dəymiş zərərin əvəzinin kompensasiyası ilə əlaqədar başlıca münasibətləri tənzimlədiyindən mövzu çərçivəsində başlıca məsələləri izah etməyə çalışmışıq.
Hansı sığorta şirkətinə müraciət olunmalıdır?
- Bu qanundan irəli gələn münasibətləri tənzimləyən sığorta şirkəti qismində Dövlət Sığorta Kommersiya Şirkəti çıxış edir.
Hansı şəxslər bu qanun çərçivəsində hərbi qulluqçu sayılır?
- Qanunun məqsədləri üçün hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunveric…