Posts

Showing posts from March, 2019

İcbari (məcburi) sığorta növləri hansılardır?

Image
Bu yazımızda hal-hazırda Azərbaycan Respublikasında tətbiq edilən və icbari qaydada həyata keçirilən sığorta növləri barədə qısa izah verməyə çalışacağıq. Mövzuya keçməzdən əvvəl qeyd etməyi zəruri hesab edirik ki, müvafiq sığorta növlərinin edilməsi tələb edilən şəxslərin bu sığorta növünü etməməsi İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsi ilə müəyyən edilmiş cərimə ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası qanunvericiliyinə görə aşağıdakı sığorta növlərinin tətbiqi icbari qaydada nəzərdə tutulmuşdur. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortas. Bu sığorta növü hər bir avtonəqliyyat vasitəsi sahibi üçün məcburidir. Bu sığorta növü sürücülərin yol-hərəkəti qaydalarını pozması zamanı üçüncü şəxslərin (ailə üzvləri istisna olmaqla) sağlamlığı və əmlakına vurulan zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. - Daşınmaz əmlakın icbari sığortası. Bu sığorta növü hər bir daşınmaz əmlak sahibi üçün məcburidir. Qanunla nəzərdə tutulmuş hadisələr nə…

Ünvanlı dövlət sosial yardımı alanların icbari əmlak sığortası barədə

Image
Bu yazımızda ünvanlı dövlət sosial yardımı almaq hüququ olan şəxslər və həmin şəxslərin yaşayış evləri və ya mənzillərinin icbari sığortası barədə izahlar verməyə çalışmışıq. Məlum olduğu kimi ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda xatırlatmaq yerinə düşərdi ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli (15 yaşından yuxarı olan şəxslər) əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün isə 160 manat məbləğində müəyyən edilmişdir.
Mövzu çərçivəsində qeyd etmək zəruridir ki, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Daha dəqiq desək sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ünvanlı dövlət sosial y…