Ötən həftənin hüquqi icmalı (20.08.2018-25.08.2018)

Hər həftə olduğu kimi bu dəfə də ötən həftə ərzində Azərbaycan Respublikası qanunvericiliyində baş vermiş yenilikləri diqqətinizə çatdıracağıq.
Ötən həftə necə yadda qaldı?
Nələr dəyişdi və hansı yeniliklər baş verdi?
Bu və digər sualların cavabını təqdim edirik.
Qurban bayramını da qeyd etdiyimiz 20-25 avqust 2018-ci il tarixlərində əsas diqqəti çəkən məqamlar aşağıdakı kimidir:
1) 24.08. "Büdcə sistemi haqqında" qanunda dəyişikliklər təsdiq edildi.
Dəyişikliklərə əsasən yeni anlayışlar (vahid xəzinə hesabı, xalis maliyyə aktivləri, icmal büdcənin baza xərcləri və s) öz əksini tapdı.

2) 24.08. Orta müddətli xərclər çərçivəsinin hazırlanması qaydası təsdiqləndi.
Bu qaydaya görə ortamüddətli xərclər çərçivəsinin məqsədlərindən biri də makroiqtisadi sabitliyin qurulması və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın gücləndirilməsidir.

3) 24.08. "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"təsdiqləndi.

4) 25.08. "Məşğulluq haqqında" qanun yeni redaksiyada verildi.
Bu qanunla demək olar ki, məşğulluq sahəsində olan bütün mövcud norma və qaydalar artıq tam həcmdə yeniləndi. Yeni qanunla işsiz statusu olan şəxslərin dairəsində dəyişiklik edildi, qeyri-formal məşğulluq, məşğulluq sahəsindəki sosial təminatlar və məşğulluğun təşkili üzrə yeniliklər nəzərə çarpacaq dərəcədə dəyişdi. Bu barədə ətraflı yazını blog.dakı digər yazıdan oxuya bilərsiniz.