11 aprel 2018-ci il Prezident seçkiləri

Bu gün ölkə başçısının elan etdiyi növbədənkənar seçkilərin müddətinin 11 aprel olaraq seçilməsi ilə əlaqədar seçkilərlə bağlı bilinməsi gərəkənləri diqqətinizə çatdırırıq.
- Səsvermə günü qeyri-iş günü sayılır.
- Səsvermə günündən bir gün əvvəlki iş günü 1 saat qısaldılmış iş günü tətbiq edilir.
- Prezidentin səlahiyyət müddəti ilk dəfə olaraq bu ildən 7 il müddətinə müəyyən ediləcəkdir.
- Seçkilərdə səsvermə hüququ olan, yəni 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları sərbəst, şəxsi və gizli səsvermə hüququndan istifadə edə bilərlər.
Prezident  seçkilərinə görə ölkə prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.
Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi rəsmən elan edir.
- Prezident seçkiləri zamanı seçici seçki bülletenində səs verəcəyi prezidentliyə namizədin soyadından sağdakı kvadratda işarə qoyur.
Birdən çox boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.
Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.
Seçkilər ölkəmiz və millətimiz üçün xeyirli və uğurlu olsun inşaALLAH.