İşin dayandırılması halında işçinin hüquqları
Bu yazımızda müəssisədə işin dayanması halında işçinin məzuniyyət hüquqları barədə məlumat verəcəyik.
Qanunvericiliyə görə təbii fəlakət və ya operativ surətdə qarşısı alına bilməyən digər hallarda müəssisədə işin dayanması ilə əlaqədar işçilər qrup halında ödənişli və ya ödənişsiz məzuniyyətə buraxıla bilər. Bu hal isə ya kollektiv müqavilədə, ya da əmək müqaviləsində göstərildiyi halda mümkündür.
İşçinin ödənişli məzuniyyəti və məzuniyyət haqqının hesablanması qaydası blog yazılarımızda kifayət qədər ətraflı araşdırılmışdır. Bunun üçün blog.da axtarış etmək kifayətdir.
İşçinin ödənişsiz məzuniyyətinin müddəti isə yalnız əsas məzuniyyətinin iki iş ili üzrə ümumi müddətinin cəmindən çox ola bilməz. Misal üçün işçi mütəxəssis statusuna malikdirsə, onun ödənişsiz məzuniyyətinin müddəti 60 gündən çox ola bilməyəcək.