İqtisadiyyata dəstəklə bağlı Əlavə dəstəkləyici tədbirlər (Tədbirlər Planından irəli gələrək)


Dəyərli izləyicilər, bu yazımızda 19.03.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Prezidentinin pandemiya ilə bağlı sərəncamından irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının 23.04.20-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əlavə dəstəkləyici tədbirlərdən iqtisadi sfera ilə bağlı olanları barədə məlumat verməyə çalışacağıq.
Qeyd edək ki, bu tədbirlər mütərəqqi xarakter daşıyır və dövlətin sahibkarlığa dəstəyini bir daha təsdiq edir.
Pandemiyadan təsirlənmiş sahibkarlarla bağlı tədbirlərə aid edilir:
01.03.20-ci il tarixə vəziyyəti qənaətbəxş olan
1) Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planı üzrə kredit faizləri subsidiyalaşdırılmış sahibkarların kreditləri restrukturizasiya olunduqda 30.09.20-ci ilədək onların maliyyə vəziyyətindən asılı olmayaraq kreditin keyfiyyətinin pisləşdirilməməsi barədə qərar qəbul olundu.
2) Sahibkarlığın İnkişafı Fondu və Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına verilmiş kreditlərin bu qurumların razılığı əsasında 30.09.20-ci ilədək restrukturizasiya olunması və borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq kreditin keyfiyyətinin pisləşdirilməməsi qərara alındı.
3) 30.09.20-ci il tarixədək əsas borc və ya fauz üzrə kredit öhdəlikləri gecikdirilərsə, əlavə cərimə faizi, dəbbə puıu və digər ödənişlərin tutulmaması və hesablanmaması banklara tövsiyə olundu.
4) Borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların Kredit Bürosuna kredit tarixçəsinin pisləşdirilməməsi barədə xüsusi qeydlə təqdim olunması qeyd edildi.
5) Banklararası ödəniş sistemləri üzrə banklar tərəfindən tutulan xidmət haqlarının 30.09.20-ci ilədək 50%-ə qədər endirilməsi qərara alındı. Bu tədbir nağdsızlaşdırmanın stimullaşdırılması ilə əlaqədar həyata keçiriləcək.
6) Bankların müştərilərinə ödəniş xidmətləri üzrə göstərəcəyi xidmətlərdə də tariflərin 50%-ə qədər azaldılması tövsiyə edildi.
7) Sahibkarlıq subyektlərinin kartla ödənişlərinin qəbulunda xərclərin azaldılması üçün ekvayer tariflərinin də 30.09.20-ci ilədək 50%-ə qədər endirilməsi tövsiyə edildi.