2021-ci ildən işəgötürənin əməyin ödənişi fondu üzrə ödənişləri



Bu yazımızda 2021-ci il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik.
2021-ci ildən bütün ölkədə tətbiqinə başlanacaq icbari tibbi sığorta ilə əlaqədar əmək haqqından digər tutulmalarla yanaşı icbari tibbi sığorta haqqı da tutulacaq.
Beləliklə 2021-ci ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.
- məcburi dövlət sosial sığorta haqqı
- işsizlikdən sığorta haqqı
- icbari tibbi sığorta haqqı
İcbari tibbi sığorta  üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:
- Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslər üzrə əməyin ödənişi fondundan işçinin əmək haqqının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində
- özəl sektorda çalışanların əmək haqqı üzrə əməyin ödənişi fondundan 8000 manatadək hissənin 1%-i, (2022-ci ildə 2%), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində
Göstərilənləri nəzərə alaraq 2021-ci il üzrə işçinin əmək haqqına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.
1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
1.1) əmək haqqı minimum aylıq əmək haqqına bərabər - 250 AZN olanlar üçün nümunə
a) sosial sığorta haqqı - 250 AZN əmək haqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,
200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 15%-i, yəni 7.5 AZN, ümumilikdə 44+7.5=51.5 AZN
b) işsizlikdən sığorta haqqı - 250 AZN-in 0.5%-i = 1.25 AZN
d) icbari tibbi sığorta haqqı - 1%
44+7.5+1.25+2.5=55.25 AZN
İşəgötürənin 250 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 55.25 AZN olacaq
1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
a) sosial sığorta haqqı - 8100 AZN-200 AZN=7900 AZN
200 AZN-ə görə 44 AZN (200 manatın 22%-i)
7900 AZN-ə görə 15%, yəni 1185 AZN
b) işsizlikdən sığorta haqqı - 8100 AZN-in 0.5%-i = 40.5 AZN
c) icbari tibbi sığorta haqqı - 8000 manata görə 1%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 80+0.5=80.5
44+1185+40.5+80.5=1350 AZN
İşəgötürənin 8100 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1350 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
2.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə
a) sosial sığorta haqqı - 250 AZN-in 22%-i = 55 AZN
b) işsizlikdən sığorta haqqı - 250 AZN-in 0.5%-i = 1.25 AZN
c) icbari tibbi sığorta haqqı - 250 AZN-in 2%-i = 5 AZN
55+6.25= 61.25 AZN
İşəgötürənin işçinin əmək haqqına görə əməyin ödənişi fondundan tutulan məbləğ 61.25 AZN olacaq
2.3) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
a) sosial sığorta haqqı - 8100 AZN-in 22%-i=1782 AZN
b) işsizlikdən sığorta haqqı - 8100 AZN-in 0.5%-i = 40.5 AZN
c) icbari tibbi sığorta haqqı - 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN
1782+40.5+160.5=1983 manat
İşəgötürən işçinin 8100 manat əmək haqqı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.

Müəllifə istinad mütləqdir.
Ədəbiyyat:
"Sosial sığorta haqqında" Qanun
"Tibbi Sığorta haqqında" Qanun
"İşsizlikdən sığorta haqqında" Qanun