Pul növündə inzibati cərimə (məbləğlər, tutulma qaydası və gecikdirmə)
Bu yazımızda son günlər aktual hesab edilən inzibati cərimələr mövzusu barədə məlumat verməyə çalışacağıq.
İnzibati cərimə inzibati qaydada hüquq pozuntusu - inzibati xəta törətmiş şəxsin barəsində tətbiq edilir.
Cərimə pul, xətanın obyekti olmuş predmetin dəyəri, vurulmuş ziyanın miqdarı, ödənilməmiş vergi və digər ödənişlərin məbləği formasımda olur.
Pul formasında cərimə aşağıdakı limitlərdə tutulur:
Fiziki şəxslər 5000 AZN-dək
Vəzifəli şəxslər 10 000 AZN-dək
Hüquqi şəxslər 50 000 AZN-dək
İnzibati cərimə barədə səlahiyyətli orqanın qərarı qəbul edildiyi gündən 30 gün, məhkəmənin qərarı isə qəbul edildigi gündən 10 gün keçənədək icra edilməlidir.
18 yaşına çatmayana tətbiq edilən cəriməni onun valideyni yaxud qanuni nümayəndəsi ödəyir.
Cərimə yalnız nağdsız qaydada ödənilir.
Cərimə müəyyən edilmiş müddətdə ödənilmədikdə fiziki şəxslərin əmək haqqı və sair gəlirlərinə, hüquqi şəxslərin bank hesabı və sair hesablarına tutma yönəldilir. Kifayət qədər vəsait olmadıqda iş məcburi icraya göndərilir.
Yol hərəkəti qaydaları əleyhinə tətbiq edilən cərimə 30 gün müddətində ödənilməzsə, hər gecikdirilmiş gün üçün cərimə məbləğinin 1%-i həcmində dəbbə pulu ödəməlidir. Dəbbə pulu 2 aydan çox olmayan müddətə tətbiq edilir. Sonrakı müddət üçün nəqliyyat vasitəsinin saxlanması barədə qərar verilir.
Yol hərəkəti qaydaları və ətraf mühitin mühafizəsi əleyhinə olan işlər üzrə cərimə qərar qəbul olunduqdan dərhal sonra yaxu 5 iş günü ərzində ödənilərsə, 10% cərimə məbləğinə güzəşt tətbiq edilir.