2020-ci ildən əmək haqqının hesablanma qaydası
Bu yazımızda hər il olduğu kimi ənənəvi olaraq əvvəlcədən növbəti il üzrə əmək haqqından tutulmalar barədə məlumat verəcəyik.
2020-ci ildən tətbiqinə başlanması nəzərdə tutulan icbari tibbi sığorta ilə əlaqədar əmək haqqından digər tutulmalarla yanaşı icbari tibbi sığorta haqqı da tutulacaq.
Beləliklə 2020-ci ildən əmək haqqından tutulmalar aşağıdakı kimi olacaq.
- gəlir vergisi
- məcburi dövlət sosial sığorta haqqı
- işsizlikdən sığorta haqqı
- icbari tibbi sığorta haqqı
Beləliklə 2020-ci ildən əmək haqqından tutulmalar aşağıdakı kimi olacaq.
- gəlir vergisi
- məcburi dövlət sosial sığorta haqqı
- işsizlikdən sığorta haqqı
- icbari tibbi sığorta haqqı
İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:
- Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əmək haqqının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində
- özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əmək haqqından 8000 manatadək hissənin 1%-i, (2021-ci ildə 2%), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində
- Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əmək haqqının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində
- özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əmək haqqından 8000 manatadək hissənin 1%-i, (2021-ci ildə 2%), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində
Qeyd edək ki, bu məbləğ dekabr ayı üzrə dəyişdirildi. Əvvəlki qanunvericiliyə əsasən özəl sektorda çalışan şəxsin əmək haqqından aylıq 10 manat məbləğində sığorta haqqı nəzərdə tutulmuşdu.
Bununla yanaşı 2019-cu il sentyabrın 1-dən minimum aylıq əmək haqqının 250 AZN olduğunu da nəzərə alaraq 2020-ci il üzrə əmək haqqının hesablanması qaydasını diqqətinizə çatdırırıq.
1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
1.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə
a) gəlir vergisi - tutulmur (8000 AZN-dək)
b) sosial sığorta haqqı - 250 AZN əmək haqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN,
200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 10%-i, yəni 5 AZN, ümumilikdə 6+5=11 AZN
200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 10%-i, yəni 5 AZN, ümumilikdə 6+5=11 AZN
c) işsizlikdən sığorta haqqı - 250 AZN-in 0.5%-i = 1.25 AZN
d) icbari tibbi sığorta haqqı - 1%
250-(0+11+1.25+2.5)=250-14.75=235.25
Netto məbləğ 235.25 AZN olacaq
1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
a) gəlir vergisi - 8000 AZN-dən yuxarı məbləğin 14%-i
8100-8000=100 AZN
100 AZN-in 14%-i = 14 AZN
b) sosial sığorta haqqı - 8100 AZN-200 AZN=7900 AZN
200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)
7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)
c) işsizlikdən sığorta haqqı - 8100 AZN-in 0.5%-i = 40.5 AZN
d) icbari tibbi sığorta haqqı - 8000 manata görə 1%, yuxarı olan 100 manata görə 0.5%=80+0.5=80.5
8100-(14+790+6+40.5+80.5)=8100-931=7069 AZN
Netto məbləğ 7069 AZN olacaq.
Netto məbləğ 7069 AZN olacaq.
2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
2.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə
a) gəlir vergisi - 250 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%
250-200=50
50-14%=7 AZN
250-200=50
50-14%=7 AZN
b) sosial sığorta haqqı - 250 AZN-in 3%-i = 7.5 AZN
c) işsizlikdən sığorta haqqı - 250 AZN-in 0.5%-i = 1.25 AZN
d) icbari tibbi sığorta haqqı - 250 AZN-in 2%-i = 5 AZN
250 AZN-(7+7.5+1.25+5)=250-20.75=229.25
Netto məbləğ 229.25 AZN olacaq
Netto məbləğ 229.25 AZN olacaq
2.3) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
a) gəlir vergisi - 8100 AZN-2500 AZN=5600 AZN
2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN
5600 AZN-in 25%-i = 1400 AZN
b) sosial sığorta haqqı - 8100 AZN-in 3%-i=243 AZN
c) işsizlikdən sığorta haqqı - 8100 AZN-in 0.5%-i = 40.5 AZN
d) icbari tibbi sığorta haqqı - 8000 AZN-in 2%-i və 100 AZN-in 0.5%-i = 160.5 AZN
8100-(350+1400+243+40.5+160.5)=8100-2151=5949 manat
Netto məbləğ 5949 AZN olacaq
Netto məbləğ 5949 AZN olacaq
Xatırladaq ki, bu hesablama hazırda qüvvədə olan qanunvericilik və Milli Məclisdə baxışda olan "Tibbi sığorta haqqında" Qanun əsas götürülməklə həyata keçirilib.
Müəllifə istinad mütləqdir.
Ədəbiyyat:
Vergi Məcəlləsi
"Sosial sığorta haqqında" Qanun
"Tibbi Sığorta haqqında" Qanun
"İşsizlikdən sığorta haqqında" Qanun