Hüquq pozuntuları və səlahiyyətli qurumlar (silsilə yazı)
Bu yazımızda qanunvericiliyin mövqeyinə və səlahiyyətli orqanların həyata keçirdiyi hüquqi tədbirlərə istinad edərək hüquq pozuntuları və həmin pozuntulara baxmaq səlahiyyəti olan qurumlar barədə məlumat verməyə çalışacağıq.
Əvvəla daha çox rastlaşdığımız hallardan biri kimi ictimai yerlərdə və ya yaşayış evlərində gecə saat 24-dən səhər 7-yə kimi səs-küy salmağa, mahnı oxumağa, gur səslə mahnı oxutmağa görə Daxili İşlər Nazirliyinə müraciət edə bilərsiniz.
Oğurluq, soyğunçuluq, quldurluq, döymə, sağlamlığa xəsarət yetirmə, avtoqəza hallarında da Daxili İşlər Nazirliyinə müraciət etməlisiniz.
Xidmət göstərən, məhsul satan şəxslərin keyfiyyətsiz xidmət göstərməsi və ya məhsul satmasına görə, həmçinin haqsız rəqabətə və ya inhisarçılığa yol verilməsinə görə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərsiniz.
Heyvan kəsim yerlərindən kənarda kəsimlərin aparılması, qida məhsullarının sanitar qaydalara zidd olaraq hazırlanması hallarında Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərsiniz.
Təhsil, tibb müəssisələrində, nəqliyyatda, bərbərxana, kosmetoloji xidmət müəssisələrində sanitariya-epidemioloji qaydaların pozulmasına görə Səhiyyə Nazirliyinə müraciət edə bilərsiniz.
Sərnişin daşıma qaydalarının pozulmasına, sərnişin daşıma həyata keçirilərkən tütün çəkilməsinə, gediş haqqının yüksək tətbiq edilməsinə, müntəzəm şəhərdaxili marşrutlarda daşıma ilə əlaqəsi olmadığı halda audio cihazlardan istifadə edilməsi hallarına görə Nəqliyyat, Rabit və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərində isə Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərsiniz.
Bank, bank olmayan kredit təşkilatları və sığorta şirkətlərinin qanun pozuntularından Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilərsiniz.
Göstərilən qurumların qaynar xətləri və müraciət qaydaları aşağıdakı kimidir:
Daxili İşlər Nazirliyi - https://e-muraciet.mia.gov.az/
102 - qaynar xətti
İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti - http://www.consumer.gov.az/az/contact-form
195-2 qaynar xətti
Qida Təhlükəsizliyi Agentliyi - http://afsa.gov.az/az/contact
Əlaqə - 1003
Səhiyyə Nazirliyi - http://www.sehiyye.gov.az/?do=faq&form
Qaynar xətt məlumatları - http://www.sehiyye.gov.az/unvan.html
Bakı Nəqliyyat Agentliyi - http://bna.az/az/contact
Çağrı mərkəzi - 141
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - http://www.mincom.gov.az/az/view/feedback/
Əlaqə - 1655
Maliyyə Bazarlarına Nəzarət Palatası - https://www.fimsa.az/az/contact
Çağrı mərkəzi - 966
II hissə
Bu dəfəki yazıda aşağı göstərilən qaydaların pozulmasına görə hansı qurumların səlahiyyətli olmasını və şikayət qaydasını izah edəcəyik.
- mütəmadi olaraq tv və radio yayımlarının izləyiciləri həmin informasiya vasitələrində qarşılaşa biləcəkləri bəzi pozuntulardan şikayətin qaydasını dəqiq bilmir. Belə ki, yetkinlik yaşına çatmayanların əxlaqı, fiziki, əqli və mənəvi inkişafına mane olan və kodsuz yaylmlanan proqramlarla bağlı müəyyən edilmiş qaydanı pozan yayımçılardan Milli Televiziya və Radio Şurasına şikayət edə bilərsiniz.
- Geniş yayılmış hallardan biri də qanunsuz küçə ticarəti, yəni yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərin pozularaq satışın aparılması olduğu üçün həmin halla bağlı Daxili İşlər Nazirliyi və ya müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanına şikayət edə bilərsiniz. Eyni zamanda etil spirti, alkoqollu içkilər və tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılması halında da həmin qurumlara müraciət edə bilərsiniz.
- Tibbdə danılmaz faktdır ki, xalq təbabətinin bəzi xəstəliklərin müalicəsində xüsusi təsiri mövcuddur. Bu səbəbdən də bəzi "işbaz"lar diplomu və ya xüsusi icazəsi olmadan xalq təbabəti ilə məşğul olaraq saxta məhlullar hazırlayaraq insanların sağlamlıqlarına zərər vururlar. Bu kimi hallarda isə şikayət olunacaq qurum Səhiyyə Nazirliyidir.
- Sağlam bədəndə, sağlam ruh olmalıdır deyimindən irəli gələrək idmanın əhəmiyyətini hər an eşidə və görə bilərik. Buna baxmayaraq heç də hər kəs istənilən idman növü ilə məşğul ola və ya idman yarışlarına qatıla bilər. Məktəbdənkənar və ya bədən-tərbiyəsi idman təşkilatları şəxsi idman növü ilə məşğul olmağa yaxud yarışa buraxmağa başlamazdan əvvəl onun rəsmi tibbi icazə sənədinin olmasını dəqiqləşdirməlidir. Əks halda bu qaydanln pozulmasına görə Gənclər və İdman Nazirliyinə şikayət etmək mümkündür.
Göstərilən qurumların qaynar xətləri və müraciət qaydaları aşağıdakı kimidir:
Daxili İşlər Nazirliyi - https://e-muraciet.mia.gov.az/
102 - qaynar xətti
Səhiyyə Nazirliyi - http://www.sehiyye.gov.az/?do=faq&form
Qaynar xətt məlumatları - http://www.sehiyye.gov.az/unvan.html
Gənclər və İdman Nazirliyi - Telefon: +994 12 465-84-21 (Ümumi şöbə)
Faks: +994 12 465-64-38 E-mail: mys@mys.gov.az
Milli Televiziya və Radio Şurası - Telefon: (+99412) 598-36-59, 493-05-86, 598-32-24, 498-18-82
E-poçtu: office@ntrc.gov.az
Onlayn müraciət: http://www.ntrc.gov.az/az/content/contact.html
III hissə
Bu yazımızda mühasiblərlə bağlı hallarda inzubati tənbeh nəzərdə tutulan inzibati xətaları və həmin xətalarla bağlı sanksiya tətbiq edən qurumlardan bəhs edəcəyik.
- Peşəkar mühasib sertifikatı almaq artıq bəzi təsərrüfat subyektləri üçün vacib hal alıb. Qanunvericiliyə görə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə inzibati cərimələr nəzərdə tutulub ki, bu pozuntular aşkar edildikdə cərimə etmək səlahiyyətinə inzibati xətalara bank olmayan kredit təşkilatlarına, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərə, investisiya fondlarına və onların idarəçilərinə, həmçinin sığorta, təkrarsığorta və sığorta vasitəçiliyinə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, digər mühasibat uçotu subyektlərinə (kredit təşkilatları, siyasi partiyalar istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi baxır.
- Hər bir işçinin əmək haqqı və ya məzuniyyət haqqı onun üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də heç bir əlavə gəliri olmadıqda, bu hal xüsusilə əjəmiyyətki sayılır. Bu səbəbdən də işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati cərimə nəzərdə tutulmuşdur. Bu növdən olan inzibati xətalara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır.
- Bəzən vergi və ya digər sosial ödənişlərin hesablanmasında və hesablanmış həddə ödənməsində cüzi pozuntulara yol verilir ki, bu halda da inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, qanunvericiliyə görə az miqdarda, yəni 20 min manatdan yuxarı olmayan həddə vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə inzibati cərimə nəzərdə tutulmuşdur. Bu cərimədən isə pozuntu ilk dəfə baş verdiyi halda az ödənmiş məbləğin qalan hissəsinin ödənilməsi ilə xilas olmaq mümkündür. Xatırladaq ki, bu növ pozuntu halında Vergilər Nazirliyi səlahiyyətlidir.
Əlaqə:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi -142
Maliyyə Bazarlarına Nəzarət Palatası -966
Vergilər Nazirliyi -195-1
Maliyyə Nazirliyi -012 4044699