Yol-nəqliyyat hadisəsi zamanı zərər 5000 manatdan çox olarsa...


Avtomobil sahibərinin mülki-məsuliyyətinin icbari sığortası ilə əlaqədar məlum olduğu kimi üçüncü şəxslərin əmlakına dəymiş zərərə görə sığorta şirkətinin maksimal öhdəliyi bir hadisədə 5000 manat məbləğindədir. Bu məbləğin alınması bir avtomobilin zərəri halında adi qaydada hesablana bilsə də, hadisə zamanı sığorta olunan şəxsin təqsiri nəticəsində 2 və daha artıq şəxsə zərər dəydikdə bu hesablanma fərqli olur.
Belə ki, hadisə zamanı üçüncü şəxslərin əmlakına dəymiş zərərin məbləği 5000 manatı aşmadıqda zərər adi qaydada ödənilir. Zərər 5000 manatdan çox olduqda isə hesablama mütənasiblik nəzərə alınmaqla həyata keçirilir.
Misal: Hadisə zamanı avtomobil həm digər 2 avtomobilə dəymiş, həm də yol kənarındakı kafeyə çırpılmışdır. Bu zaman məbləğlər 1 avtomobilə görə 2000, digərinə görə 2000, kafeyə görə isə 2000 manatdır. Zərər aşağıdakı kimi hesablanacaq.
2000+2000+2000=6000
5000 manatı 6000 manat zərərə uyğun olaraq mütənasiblik əmsalı əldə etmək üçün bölürük.
5000/6000=0.83333
Daha sonra isə hər bir əmlaka görə sığorta ödənişi məbləğini hesablayırıq.
2000-lik 1-ci zərərə görə 2000*0.8333=1666,6 manat
2000-lik 2-ci zərərə görə 2000*0.8333=1666,6 manat
2000-lik 3-cü zərərə görə 2000*0.8333=1666,6 manat
Cəm halında isə 5000 manatı keçmir.
Eyni zamanda xatırladırıq ki, 5000 manatdan artıq qalan hissədə mülki məsuliyyətinin yaranması nəticəsində təqsirli sürücü öhdəlik daşıyır.