Aliment öhdəlikləri
Boşanma işlərinin çoxalması və uşaqların maddi təminatının mühüm olması səbəbindən bu dəfəki yazıda alimentlə bağlı yazmağı vacib hesab edirik.
Aliment və ya uşaqların saxlanması üçün vəsait ya tərəflərin razılığına əsasən, ya da məhkəmə qaydasında tutulur.
Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay
- 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi,
- 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi,
- 3 və daha çox uşağa görə isə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur.
Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa,
- ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,
- yaxud onun qazancı və ya sair gəliri yoxdursa,
- habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.
Yekunda isə xatırlatmaq istərdik ki, 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edildiyindən sabit pul məbləğində olan aliment də həmin həddə nəzərdə tutulur.
Qeyd: Sağlam bir cəmiyyətin təməli sağlam ailələrdir. Buna görə də hər bir uşaq ailəsi ilə birgə yaşamalıdır.
Qeyd: Sağlam bir cəmiyyətin təməli sağlam ailələrdir. Buna görə də hər bir uşaq ailəsi ilə birgə yaşamalıdır.