Yeni valideyn olanlar mütləq bilməlidir.


Həmişə olduğu kimi yenə də bu blogda ilk dəfə olaraq başdan sona qədər uşağın doğumundan sonra edilməsi olanların qanunvericilik qaydalarını aydın dildə izah etməyə çalışırıq.
Deməli ilk olaraq uşağın doğumunun qeydiyyata alınması qaydasını izah edək.
Mövzunu öyrənməzdən öncə uşağının doğumunu gözləyən hər bir şəxsə sağ-salamat övladını qucağına almağı arzu edirik. Tövsiyyə edirik ki, bu blogdan bixəbər dostlarına da bloga üzv olmağı məsləhət bilsinlər.
Uşağın doğumunu gözləyən şəxslərə məsləhət olunur ki. uşağın tibb müəssisəsində doğumu üçün indidən hazırlaşsınlar. Ona görə ki, qanunvericilikdə sərt normalar vardır və əməl olunması mütləqdir.
- Qanunvericiliyə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır.- Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi rayon-şəhər qeydiyyat şöbələrinə, ya da Asan Xidmət Mərkəzlərinə, ya da ki rayon-şəhər icra hakimiyyəti nümayəndəliklərinə müraciət etməlidir.- Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində verilməlidir. Əks təqdirdə ya xəbərdarlıq edilir, ya da 10 AZN cərimə edilir.- Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür.- Mövzu ilə əlaqədar qeyd edək ki, doğumun qeydə alınması üçün valideynlərdən biri valideynlərin şəxsiyyət vəsiqələri, doğum şəhadətnamələri və nikah şəhadətnamələri, həmçinin doğum faktını (vaxtı, yeri) təsdiq edən tibb müəssisəsinin sənədi qeyd edilən qurumlardan birinə təqdim edir və dövlət rüsumu ödəmədən uşağın doğum haqqında şəhadətnaməsini alır.



Uşağın doğum haqqında şəhadətnaməsini aldıq. Cərimə də ödəmədiksə, qalır növbəti proses, yəni uşağın anadan olmasına görə müavinəti almaq.
Bu barədə proseduru yazmazdan öncə xatırladaq ki, ölkə başçısının 23.02.2018-ci il tarixli 3711 saylı sərəncamına əsasən 01.03.2018-ci il tarixdən bu növ müavinətlərin məbləği (2013-cü ildən etibarən 90 AZN idi) 10% artırılmış və 99 AZN olmuşdur.
Bu uşağın Azərbaycan Respublikası dövləti tərəfindən verilən ilk ruzisini almaq üçün yuxarıda adı qeyd edilən ya Ədliyyə Nazirliyi rayon-şəhər qeydiyyat şöbələrinə, ya da ki rayon-şəhər icra hakimiyyəti nümayəndəliklərinə müraciət edərək müavinətin alınması barədə arayışı almalıdır.
Uşağın anadan olmasına görə müavinəti valideynlərdən birinin yaşayış yeri üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müvafiq ərazi idarəsi verir və müavinət nağdsız qaydada bank hesabına köçürülmə yolu ilə ödənir.
Xatırlatmaq mütləqdir ki, bu müavinəti almaq hüququ əmək müqaviləsi əsasında çalışan və ya DSMF-nə məcburi dövlət sosial sığorta haqqı ödəyən valideynlərə verilir.
Müavinətin alınması barədə müraciət edildikdən 10 gün ərzində verilmiş qərara əsasən müavinətin ödənişi həyata keçirilməlidir.
Daha maraqlı, ilk və geniş araşdırmalar üçün bloga abunə ola bilərsiniz.
#hüquqşünas, #hüquq, #hr, #əmək_hüququ, #qanunvericilik